Loading...

Maliyyə və investisiya Forumu

Maliyyə və İnvestisiya Forumunu keçirməkdə məqsəd maliyyə maarifləndirməsidir. Bildiyiniz kimi ölkəmizin növbəti illərdə inkişafını təmin etmək üçün Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017-ci ildən etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol xəritəsinin tövsiyyələrinin və vergi məcəlləsinə edilən son əlavə və düzəlişlərin gətirdiyi çağırışları geniş tamaşaçı kütləsinə çatdırılmasına və maarifləndirmə tədbirlərinə ehtiyac var. Yol xəritəsində hətta bu barədə Strateji hədəf 5 – “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı xüsusi bölmə var. 5.1 və 5.2 bəndlərində Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın üzərinə bu işin planlaşdırılması və icrası həvalə edilib.

Keçiriləcək bu forum sayəsində şirkətlərarası, dövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olmasının ümumilikdə sektora çox müsbət təsir edəcəyinə əminik. İnkişafın yolunun ilk öncə şəffaflıqdan keçdiyini düşünərək sloqanımızı da “şəffaflıq və inkişaf” seçdik.
Forum 06 may 2017 tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker olması nəzərdə tutulur. Panellərin biri Maliyyə Bazarları və inkişaf perspektivləri, 2-cisi Maliyyələşmə Strategiyaları, 3-cü isə Vergi siyasəti və şəffaf hesabatlılıq-dır.
Maliyyə sahəsində çalışan menecerlər, sahibkarlar, maliyyə ilə maraqlanan hər kəs iştirak edə bilər.

Qeyd edək ki, Webline.Az forumun texniki tərafdaşı və fif.az saytının müəllifidir.

Other news

İnternetdən necə pul qazana bilərəm?

İnternetdən necə pul qazana bilərəm?

Webline.az şirkətinin rəhbəri Anar Quliyevin yazısını sizlərə təqdim edirik. Bu sualın cavabınız səmimi olaraq sizinlə paylaşıram. More...

Blog sonluqu ilə bitən domenlər

Blog sonluqu ilə bitən domenlər

“WordPress.com”-un ana şirkəti “Automattic” .blog sonluqlu domenlərin satışını və qeydiyyatını həyata keçirməyə başlayıb. Şirkət bunu “WordPress”-in rəsmi bloqunda paylaşdığı yazı ilə bildirib, ancaq domenlərin satış qiyməti ilə bağlı məlumat verməyib. More...

Web dizayn kimlərin istəyinə uyğun olmalıdır?

Web dizayn kimlərin istəyinə uyğun olmalıdır?

İndiki zamanda hansısa bir firmanın web saytının olmaması internetdə daha az tanınması və yaxud umumiyyətlə tanınmaması deməkdir. More...

İnternetin qazanc yolları

İnternetin qazanc yolları

Hər kəsə məlumdur ki, internet saytları həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq bir çox insanlar geyim və əşyaları online satış saytından almaqla həm daha ucuz qiymətə əldə edir eyni zamanda mağazaları bir bir gəzərək əlavə vaxt sərf etmir. More...

Ən dəyərli 20 sayt

Ən dəyərli 20 sayt

Yourwebsitevalue.com saytı mövcud veb saytların dəyərini ölçür. Əyər sizədə maraqlıdırsa istədiyiniz saytın dəyərini bu sayt vaistəsilə ölçə bilərsiniz. Bu sayt top 100 hissəsində dünyanın ən qiymətli web saytlarını sıralamışdır. More...

Nələrə diqqət edilməlidir?

Nələrə diqqət edilməlidir?

Veb sayt hazırlatdırarkən əvvəlcə veb saytı hazırlayacaq adamı və şirkəti düzgün seçməlisiz. Veb sayt davamlı inkişafa açıq olan bir əməliyyat olduğu üçün davamlı texniki dəstəyə ehtiyac olacaq. Bu kimi ehtiyaclarınızı qarşılaya bilən bir şirkətlə çalışmağınız ən başda diqqət etməli mövzulardan biridir. More...

webline-logo
Baku city, Ashiq Molla Juma str. 138
10:00 - 18:00
DMCA.com Protection Status
Яндекс.Метрика
WhatsApp Call Us