menu

Menu

  • hazır həllər
  • portfolio
    • saytlar
    • dizayn
    • sosial media
    • videolar
  • partnyorlar
  • xidmətlər
  • haqqımızda
  • əlaqə
Menu
  • hazır həllər
  • portfolio
    • saytlar
    • dizayn
    • sosial media
    • videolar
  • partnyorlar
  • xidmətlər
  • haqqımızda
  • əlaqə
  • AZ
    • EN
    • RU
    • DE

haqqımızda

2015-ci ildən bu günə qədər web xidmətləri göstərən agentliyik. Təsis edildiyimiz gündən bu günə qədər uzunmüddətli investisiyalara, qısa müddət ərzində qazanc əldə etməyə üstünlük verdik. Ən böyük qazancımız, işimizə duyduğumuz hörmət hissi və vurğunluqdur…

Və eyni hissləri bölüşən böyük ailəyə çevrildik. Hər il qazandığımız uğurlar bizi ruhlandırır və həvəsimizi daha da artırır. Ancaq ən böyük mükafat sizin tərif dolu sözləriniz və razılığınızdır.

  • bizim üçün hər layihə, yeni həyəcan deməkdir

Müştəri tərəfindən kifayət qədər hazırlıq işləri aparılmamış, əhəmiyyət verilməyən layihələri öhdəmizə götürmürük. Çünki bizim üçün hər layihə yeni həyəcan, yeni macəra deməkdir. Bu həyəcanı müştəridə görməsək, həmin layihənin uğurlu alınacağına inana bilmərik.

  • müştərimizə iş ortağımız kimi yanaşırıq

Biz müştəridən ilham alırıq. Fikirlərini, layihə hədəflərini, xəyallarını zövqlə dinləyirik. İşlərimizi iki ortaq kimi, həvəslə görür və layihənin uğurlu alınması üçün ideyalarımızı, təcrübəmizi və enerjimizi ortaya qoyuruq.

  • hər addımda birbaşa əlaqəyə inanırıq

İşimizə ciddi yanaşırıq. Öz işimiz kimi qəbul edir və söz verdiyimiz vaxtda başa çatdırmaq üçün maksimum səy göstəririk. Layihə ərzində hər addımda yaşadığımız problemləri birbaşa əlaqə və dürüstlük prinsipinə əsasən müştəriyə bildiririk.

  • hələ yeni başlayırıq, görülməli çox işlər var

Veb saytınızı hazırlamaq, gediləcək uzun yolun ilk addımıdır. Müştərimizlə iş başa çatdıqdan sonra yollarımızı ayırmırıq. Texniki qulluq, dəstək, yeniləmə, təkmilləşdirmə işləri ilə yanaşı digital marketinq komandamız ilə marketinq dəstəyi təqdim edirik.

Saytların hazırlanma prossesi

müştərilər - Webline - Google Chrome
1.GÖRÜŞ VƏ MÜZAKİRƏ
Sizin fikirləriniz dinlənilir və ona uyğun texniki lahiyə hazırlanır. Lahiyə sınaqdan keçirilərək bütün cihazlara uyğun bir formaya gətirilir.
müştərilər - Webline - Google Chrome
2.DİZAYN
Texniki layihəyənin məzmununa uyğun gələn görünüş və rəng çalarları seçilərək təsdiq olunur. İstifadəçilərin rahat istifadə edə biləcəyi və göz yormayan dizayn hazırlanaraq təsdiq edilir.
müştərilər - Webline - Google Chrome
3.RAZILAŞMA
Müştəriyə şirkətimizin bütün şərtləri haqqında tam məlumat verilir və qarşılıqlı razılaşma əsasında müqavilə tərtib edilir.
müştərilər - Webline - Google Chrome
4.YEKUN
İstəyinizə tam uyğun hazırlanmış veb-saytınız sizə təqdim olunur. Layihəyə dair tam konsultasiya həyata keçirilir. Şirkətimiz tərəfindən admin panelin təmənnasız olaraq öyrədilməsi üçün zaman ayrılır.
bizimlə əlaqə
bizimlə əlaqə
yuxarı keç
yuxarı keç
  • facebook
  • instagram
  • linkedin
  • youtube
  • whatsapp
  • hazır həllər
  • portfolio
    • saytlar
    • dizayn
    • sosial media
    • videolar
  • partnyorlar
  • xidmətlər
  • haqqımızda
  • əlaqə
  • AZ
  • EN
  • RU
  • de