Bir şirkətin məhsuluna, xidmətinə və profilinə uyğun gələn bir loqo rəqibləri arasında fərq yaratmaqla yanaşı, ilk baxışdan şirkət haqqında müsbət bir rəy formalaşdırır. Qrafik Dizayn xidməti fərdi və korporativ loqotiplərin, reklam bannerlərinin, məhsul kataloqlarının, jurnalların, flayer və bukletlərin hazırlanmasını əhatə edir. Bundan başqa, veb səhifələrinin 0-dan dizayn olunması və 3D dizayn xidmətləri gördüyümüz əsas işlərdən sayılır. Xidmət zamanı sifariş etdiyiniz dizaynın 5 versiyası sizə təqdim olunur. Fikir mübadiləsi aparılır, əgər təqdim olunan dizaynlar içərisində istəyinizə tam uyğun olanı yoxdursa, yenidən 5 fərqli dizayn hazırlanır. İstədiyinizi əldə edənə qədər xidmətinizdəyik.